Rövşən Bayramov yarımfinalda

Bu gün Rio Olimpiadasında güləş yarışlarına start verilib. Olimpsport.az saytının məlumatına görə, döşək üzərinə ilk olaraq Yuna-Roma güləşçiləri çıxıblar. Az əvvəl Azərbaycan yığmasının üzvü – Rövşən Bayramov (59 kq) mübarizəyə başlayıb. Son iki Olimpiya Oyunlarının (Pekin-2008 və London-2012) gümüş mükafatçısı Rövşən Bayramov mübarizəyə 1/8 final mərhələsindən start verib. Onun ilk rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olub. Pəhləvanımız bu rəqibini asanlıqla məğlub edib - 8:0. Həmyerlimiz 1/4 finalda Xese David Tielke (ABŞ) ilə qarşılaşıb
 
ABŞ-lı rəqibinə də şans verməyən Bayramov 9:0-lıq qələbə ilə yarımfinala yüksəlib.