Gümüş medal qazanan idmançıdan maraqlı evlilik təklifi

Rioda keçirilən Olimpiya oyunlarında maraqlı hadisə yaşanıb. Olimpsport.az xəbər verir ki, medalını almaq üçün kürsüyə qalxan 25 yaşlı He Zi sürprizlə qarşılaşıb. Sevgilisi, kişilər arasında üçmetrlik tramplinlə tullanmada bürünc medal qazanan Qin Kai onun qarşısında diz çökərək yüzlərlə izləyici qarşısında evlilik təklif edib. Çinli xanım idmançı təklifə göz yaşları içində razılıq verib.

 

He Zi verdiyi açıqlamada, bu təklifi gözləmədiyini, ancaq 6 illik sevgilisini sevdiyi və güvəndiyi üçün təklifini qəbul etdiyini bildirib.