Rio-2016:Təmsilçimiz yarım finala vəsiqə qazandı

Rio-2016-da ölkəmizi kayak yarışlarında ölkəmizi təmsil edən İnnan Osipenko- Radomskaya təsnifat görüşünə çıxıb.

Olimpsport.az xəbər verir ki, idmançımız 1 nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə seçmə yarışlarına qatılıb.

Təsnifat yarışlarında birinci olan idmançımız 18:00-da başlayacaq yarımfinal görüşlərinə qatılacaq.