Rio-2016:Rəsul Çunayevin rəqibi bilindi

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Olimpsport.az saytının məlumatına görə, Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayevin ilk rəqibi məlum olub.

 

Avropa Oyunlarının, həmçinin Avropa və dünya çempionatının qızıl medalçısı mübarizəyə 1/16 finaldan start verəcək.

 

Onun ilk rəqibi kubalı Migel Palasio Martinez olacaq.