Sabah Şəriəti bürünc medal qazandı

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Sabah Şəriəti ilk təsəlliverici görüşə çıxıb.
 
Olimpsport.az-ın məlumatına görə, 130 kq çəki dərəcəsində yer alan iranlı legionerin rəqibi venesuelalı Ervin Xose Karabalyo Kabrera olub.
 
Görüşün ilk hissəsində Şəriəti ardıcıl xallar qazanaraq, 6:0 hesablı qələbə qazanıb. İkinci hissədə isə o, daha 2 xal qazanaraq, sona 1 dəqiqə qalmış görüşün qalibi olub. Şəriəti növbəti təsəlliverici görüşdə almaniyalı Eduard Poppa qalib gələrək bürünc medala yiyələnib.