Olimpiadada növbəti medal!

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya final yürüşünə çıxıb.

Olimpsport.az-ın məlumatına görə, 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşə qatılan 34 yaşlı idmançı finişə 40,401 saniyəyə çatıb.  Bu nəticə ilə bürünc medala sahib olan təmsilçimiz İnna Osipenko-Radomskayanın ardıcıl 4-cü olimpiadada 5-ci medalı olub.