AVRO-2016: Fransa və Almaniya milliləri Bakıda

Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının daha iki iştirakçısı ölkəmizə gəlib.

Olimpsport.az saytının Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olan əməkdaşının verdiyi məlumata görə, 18:50-də yarışın son qalibi Fransa millisini, 22:30 isə Almaniya millisini ölkəmizə gətirən təyyarə yerə eniş edib. Hər iki yığmanı hava limanında yarışın Təşkilat Komitəsinin üzvləri və jurnalistlər qarşılayıb.

Qeyd edək ki, “C” qrupunda mübarizə aparacaq Fransa yığmasının rəqibləri Danimarka, İsveç və İngiltərə,  “B” qrupunda mübarizə aparacaq Almaniya yığmasının rəqibləri Ukrayna, Avstriya və Bosniya və Hersoqovinadır.