Senat və Almaniya Bundestaqından Azərbaycan gənclərinə cavab
Senat və Almaniya Bundestaqından Azərbaycan gənclərinə cavab
OLİMPSPORT Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Gənclərimiz müxtəlif dünya ölkələrinin parlament, konqress, senat üzvlərinə, dövlət rəsmilərinə məlumat xarakterli müraciət ünvanlayıblar.
Bu müraciətlərdə Ermənistanın ölkəmizə yönəlmiş işğal, aqressiya, terror siyasəti pislənməklə yanaşı, eyni zamanda, bu siyasət nəticəsində hərbi əməliyyatların getmədiyi Gəncə, Tərtər, Ağdam, Füzuli, Mingəçevir və digər şəhər və rayonlarda yaşayan sivil əhaliyə qarşı törədilən terror aktlarına xüsusi diqqət çəkilib, həyatını itirən, yaralanan, zərər çəkən vətəndaşlar barədə ətraflı məlumat verilib. İşğalçı dövlətin beynəlxalq hüququn prinsip və normalarını pozması pislənilib. Ən sonda gənclərimiz bu ölkələrin dövlət rəsmilərini BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistanın törətdiyi cinayətlərə hüquqi qiymət verməyə çağırıblar.