İngiltərə çempionatının iki futbolçusu zorakılıqda şübhəli bilinərək saxlanılıb
İngiltərə çempionatının iki futbolçusu zorakılıqda şübhəli bilinərək saxlanılıb
İngiltərə çempionatının klublarından birində çıxış edən iki futbolçu zorakılıqda şübhəli bilinərək saxlanılıb.
"Olimpsport" xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" qəzeti yazıb.
Mənbənin sözlərinə görə, ehtimal olunan cinayət aprelin 19-da, axşam saatlarında baş verib.
Hər iki futbolçunun 19 yaşında olduqları və klublarına məxsus stadionun yaxınlığında saxlanıldıqları bildirilir. Polis onların ifadə verdiklərini və istintaqa qədər zaminə buraxıldıqlarını təsdiqləyib.