Tanınmış futbolçu milli karyerasını başa vurub
Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şarja” klubunun yarımmüdafiəçisi Miralem Pyaniç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
"Olimpsport" xəbər verir ki, tanınmış futbolçu bu barədə sosial şəbəkə vasitəsilə məlumat verib.
16 ildir millidə çıxış edən Pyaniç bu müddətdə 115 oyunda 17 qola imza atıb. O, yığmada keçirdiyi oyunların sayına görə yalnız Edin Cekodan (134) geri qalır.
34 yaşlı bosniyalı karyerası ərzində “Mets”, “Marsel”, “Roma”, “Yuventus”, “Barselona” və “Beşiktaş” kimi klublarda çıxış edib. O, 2022-ci ildə “Əl-Şarja” ilə müddəti bu yay bitəcək müqavilə imzalayıb.