"Qarabağ" - "Neftçi" görüşünün hakimləri açıqlanıb
Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək matçların hakim təyinatları açıqlanıb.
"Olimpsport" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, günün diqqətçəkən görüşü olan "Qarabağ" - "Neftçi" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək.
24 aprel
Yarımfinal, cavab oyunları
17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Qəbələ şəhər stadionu
20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu