“Milan”ın hücumçusu ABŞ klubuna keçir
Fransa millisinin və İtaliya təmsilçisi “Milan”ın hücumçusu Olivye Jirunun yeni klubu bəlli olub.
"Olimpsport" “Lequipe”yə istinadən xəbər verir ki, 37 yaşlı oyunçu ABŞ-nin “Los-Anceles” klubu ilə razılığa gəlib.
Yaxın günlərdə tərəflər arasında 1,5 illik müqavilə imzalanacaq. O.Jirunun "Milan"la müqaviləsinin müddəti yayda başa çatır. O, ABŞ klubuna azad agent kimi transfer olunacaq.
Qeyd edək ki, hücumçu “rossonyerilər”in heyətində 42 oyunda meydana çıxıb, 15 qol vurub.