"Kəpəz" üç legioner futbolçusu ilə vidalaşıb

"Kəpəz" klubu üç legioner futbolçusu ilə vidalaşıb.

"Olimpsport" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Olavale Onanuqa, İqor Rodriges və Georgi Papunaşvili ilə müqavilənin müddəti başa çatıb.

Bu səbəbdən adıçəkilən oyunçular komandanı tərk ediblər.