Misir millisinin futbolçusu vəfat edib

Misirin "Fyuçe" klubunun futbolçusu Əhməd Refat 31 yaşında ürəktutmasından vəfat edib.

"Olimpsport" xəbər verir ki, bu barədə onun klubunun mətbuat xidməti məlumat yayıb.

Martın 11-də Misir çempionatında "Əl-İttihad"la matçda Refatın ürəyi dayanıb və o, huşunu itirərək meydana yıxılıb. Daha sonra xəstəxanaya çatdırılan futbolçunun ürəyi bir saat döyünməyib. Bir aydan sonra evinə buraxılan Misir millisinin üzvü müalicəsini davam etdirib.

Hücumçunun ölüm səbəbi ilə bağlı konkret məlumat verilməsə də vəziyyətinin kəskin pisləşdiyi və xəstəxanaya aparıldığı bildirilib.

Qeyd edək ki, Ə.Refat karyerası ərzində Səudiyyə Ərəbistanının “Əl-Vahda", Misirin “Əl-İttihad”, “Zamalek”, "Əl-Məsri" və bir sıra klublarında çıxış edib. O, Misir millisində meydana çıxdığı 7 oyunda 2 qola imza atıb.