Azərbaycan boksçusu Rusiyada keçirilən beynəlxalq yarışda finala yüksəlib

Azərbaycanın gənc boksçusu Nihad Qasımov Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında finala yüksəlib.

"Olimpsport" xəbər verir ki, 48 kq-da çıxış edən idmançı yarımfinalda əfqanıstanlı Haydari Mujtabanı mübarizədən kənarlaşdırıb.

O, rəqibini 5:0 hesabı ilə məğlub edib. N.Qasımov qızıl medal uğrunda Elyar Rustamovla (Özbəkistan) üz-üzə gələcək. Görüş iyunun 5-də olacaq.

Digər boksçularımızdan Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) isə yarımfinalda məğlub olduqları üçün yarışı bürünc medalla bitiriblər.