Azərbaycan Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan keçirəcək

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

"Olimpsport" "Report"a istinadən xəbər verir ki, imtahanda 7 yaşdan yuxarı, cüdo ilə məşğul olan hər bir idmançı iştirak edə blər.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.

Qeyd edək ki, imtahan iyulun 9-da cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində keçiriləcək.