Rəşad Sadıqov və komanda yoldaşları "Bu şəhərdə"nin konsertində - FOTO

"Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçuları - Rəşad Sadıqov, Qara Qarayev və Mahir Mədətov bu gün "Bu şəhərdə"nin qonağı olublar. Onlar əməkdar artislər - Rafael İsgəndərovla Coşqun Rəhimovun iştirakıyla Heydər Əliyev Sarayında keçirilən "Tək-Ər" konsertində iştirak ediblər.

"Bu şəhərdə" adətən hər konsetrinə dəvət etdiyi idmançıları uğurları münasibətilə təbrik edir. Bu dəfə növbə "Qarabağ"ın futbolçularına çatıb. Hər halda, məhz onlar ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı olmağımızı reallaşdırıb, millidə də yaxşı çıxışıyla diqqət çəkiblər.