Cüdoçularımızdan 15 medal

Azərbaycan cüdoçuları Tunisdə yeniyetmələr arasında keçirilmiş Afrika Kubokunda çıxış ediblər. 
 
Yarış oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xalları verib. Yığma üzvləri 5 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar.
 
Vüsalə Kərimova (44 kq), Aytac Qardaşxanlı (48 kq), Mirağa Hacıyev (50 kq), Vüqar Talıbov (66 kq), Yaqub İsmayılzadə (90 kq) bütün rəqiblərinə qalib gəliblər. Səbinə Əliyeva (48 kq), Ülviyyə Bayramova (52 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), İbrahim Ağakişiyev (81 kq), Toğrul Salmanov (+90 kq) gümüş, Fəridə Səfərova (52 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev (hər ikisi 60 kq) və Hacıbala Cəbrayılov (73 kq) bürünc medal qazanıb.