"Qalatasaray"dan derbi qalibiyyəti - VİDEO

Türkiyə Super Liqasında XXXI turun mərkəzi görüşü "Qalatasaray" və "Beşiktaş" komandaları arasında keçirilib. 
 
"Türk Telekom Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb - 2:0. 
 
Qolları 23-cü dəqiqədə Fernando Rejes, 70-ci dəqiqədə Harri Rodriges vurub. 65-ci dəqiqədə isə "Beşiktaş"ın müdafiəçisi Duşko Toşiç Batefimbi Qomisə qarşı cərimə meydançası daxilində kobudluq etdiyi üçün meydandan qovulub. Lakin Qomis penaltini yerinə yetirə bilməyib. 
 
Beləliklə, xallarını 66-ya çatdıran "Qalatasaray" liderliyini qoruyub. 62 xala malik "Beşiktaş" isə 4-cü pilləyə enib. "Başakşehir" 65 xalla 2-ci, "Fənərbağça" 63 xalla 3-cüdür. 
 
Digər tərəfdən, bu qələbə sayəsində "Qalatasaray" 11 matçdan sonra derbilərdə ilk qələbəyə nail olub. Sonuncu belə qalibiyyət 2014-2015 mövsümündə XXXIII turda məhz "Beşiktaş" üzərində eyni hesabla əldə olunub.