"Roma", yoxsa "Liverpul"?

Bu gün futbol üzrə Çempionlar Liqasında digər finalçı müəyyənləşəcək.
 
İlk finalçı İspaniya "Real Madrid”inin rəqibi İtaliyada "Roma” ilə İngiltərənin "Liverpul” komandalarının duelində bəlli olacaq.
 
Ötən həftə evdə rəqibini 5:2 hesabı ilə məğlub edən mersisaydlılar cütün taleyini ilk görüşdə də həll edə bilərdilər. Yugren Kloppun rəhbərlik etdiyi kollektiv 69-cu dəqiqəyə qədər Muhamed Salahla Roberti Firminonun dublu, Sadio Manenin 1 qolu ilə öndə olsa da, son dəqiqələrdə 2 qol buraxaraq, rəqibi ümidləndirib.
Yarışın 1/4 finalında səfərdə İspaniya "Barselona”sına 1:4 hesabı ilə uduzmasına rəğmən, cavab qarşılaşmasında 3 cavabsız qolla qalib gələn "canavarlar” eyni möcüzəni "Liverpul”la qarşılaşmada etmək istəyirlər.
 
"Roma”nın heyətində zədəlilər - Rik Karsdorp və Qrequar Defrel meydana çıxa bilməyəcək. Kevin Strootman ilə Dieqo Perottinin durumu sual altındadır. Adam Lallana, Emre Can, Aleks Oksleyd-Çemberlen və Joel Matip zədə üzündən "Liverpul”a kömək etməyəcəklər. Cordan Hendersonun oynayıb-oynamayacağı isə dəqiq bilinmir.
 
Qeyd edək ki, daha əvvəl "Real Madrid" Almaniya "Bavariya"sını iki oyunun yekununda (2:1, 2:2) üstələyərək, finala adlayıb. Final matçı mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.
 
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
2 may
 
22:45. "Roma” (İtaliya) – "Liverpul” (İngiltərə)
Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun – 2:5.