Bakıdakı AVRO-2020-nin təqviminin təsdiqlənəcəyi tarix məlum oldu

AVRO-2020-nin final mərhələsinin təqvimi Mayın 24-də Ukraynanın paytaxtı Kiyevdə UEFA İcraiyyə Komitəsinin iclasında təsdiqlənəcək.
 
Toplantıda 2020-ci ildə UEFA-nın klub turnirlərinə ev sahibliyi edəcək ölkələr də müəyyənləşəcək.
 
Qeyd edək ki, AVRO-2020 qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakıda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək.