Arda Turana 16 oyunluq cəza

Türkiyə Futbol Federasiyası "Başakşehir"in futbolçusu Arda Turana ağır cəza verib. 
 
 31 yaşlı futbolçu 16 oyunluq cəzaya məruz qalıb.
 
Buna səbəb yarımmüdafiəçinin Türkiyə Superliqasının XXXII turunda doğma meydanda "Sivasspor"la oyunda yan xətt hakiminə hücum edərək onu itələməsi olub. Arda Turan həmçinin 19 min TL məbləğində cərimə olunub.
 
Qeyd edək ki, "Başakşehir" - Sivasspor" oyunu 1:1 hesabı ilə başa çatıb.