Maradona rəsmən Belarus klubunda

Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maraqdona Belarusun "Dinamo" (Brest) klubunun idarə heyətinə sədr seçilib. 
 
Əfsanəvi hücumçu 3 illik müqaviləyə imza atıb. O, "Dinamo"nun strateji inkişaf məsələləri ilə məşğul olacaq, habelə, bütün struktur bölmələri, o cümlədən, uşaq futbolu akademiyası ilə qarşılıqlı əlaqədə çalışacaq. Maradona vəzifəsinin icrasına Rusiyadakı dünya çempionatı yekunlaşdıqdan sonra başlayacaq.  
 
"Dinamo" Belarus çempionatında 7 turdan sonra 9 xalla 8-ci pillədə qərarlaşıb. Maradona isə mundiala Venesuelanın dövlət telekanalı "Telesur"un jurnalisti kimi qatılacaq. Onun baş məşqçi kimi son iş yeri Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Fucayra" klubu olub.
 
Maradona rəsmən Belarus klubunda - FOTOLAR