“Poliqon” Strateji İntellekt Oyunu Naxçıvanda - Video

Naxçıvan Tibb Kollecində Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar gənclər arasında muxtar respublikada ilk dəfə olaraq “Poliqon” Strateji İntellekt Oyunu keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək bildirmişdir ki, bu gün muxtar respublikada gənclərin intellektual səviyyələrinin yüksəldilməsi, dünyagörüşlərinin formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə bir sıra tədbirlər, intellektual oyunlar təşkil olunur və keçirilir.

Oyunun keçirilməsində məqsəd gənclərin intellektual oyunlara cəlb olunması, intellektual oyunların kütləviliyinin təmin edilməsi və Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliğidir. Sonra oyunun qaydaları və mərhələləri haqqında oyunun layihə rəhbəri İlkin Əliyev slayt vasitəsilə komandalara məlumat vermişdir.


Oyun 4 mərhələdən ibarət olmuşdur. İlk mərhələ olan “Kəşfiyyat” mərhələsinin məqsədi növbəti mərhələlərdə strateji gedişləri müəyyən etmək üçün rəqibin güclü və zəif fərdlərinin müəyyən olunmasıdır. Sonrakı mərhələlərdən “Hədəf” mərhələsinin məqsədi rəqib komandanın zəif fərdindən istifadə edərək öz komandasının üstünlüyünü təmin etməkdir. “Girov” mərhələsinin məqsədi rəqib komandanın ən güclü fərdini oyundan kənarlaşdıraraq gücünü zəiflətməklə öz komandasının üstünlüyünü təmin etməkdir. “Zəfər” mərhələsinin məqsədi isə komandalar ən güclü fərdlərindən istifadə edərək öz üstünlüklərini təmin etməkdir. Oyunda komandalar mərhələlərə uyğun olaraq səsləndirilən suallara cavab verməklə öz xal nominallarını artırmışlar. Sonda ən çox xal toplayan komandalar qalib hesab olunmuşdur. Belə ki, “Aran” komandası I yerə, “Turan” komandası II yerə, “Diplomat” komandası III yerə çıxmışlar. Qalib komandalar və komanda üzvləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplom və fəxri fərmanları ilə makafatlandırılmışlar. Oyunda “Zirvə” komandası isə fəal iştirakına görə diplomla təltif olunmuşdur. Oyun Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Poliqon” Strateji İntellket Oyununun yardıcı heyəti,  Tovuz Gənclər Evi, Suraxanı Gənclər evi və "DAN" Beynəlmilər Gənclər İctimai Birliyi tərəfindən keçirilmişdir. Oyunda 72 nəfər gənc iştirak etmişdir.

На данном изображении может находиться: 6 человек, люди стоят, экран и в помещении
На данном изображении может находиться: 4 человека, люди сидят, экран и в помещении
На данном изображении может находиться: один или несколько человек и толпа
На данном изображении может находиться: 3 человека, экран, костюм и в помещении