Messinin gəlişindən sonra “İnter Mayami”nin büdcəsi artıb
Argentinalı superulduz Lionel Messinin gəlişindən sonra ABŞ-nin “İnter Mayami” klubunun büdcəsi 130 milyon dollara yüksəlib.
"Olimpsport" xəbər verir ki, bu barədə MLS təmsilçisinin baş meneceri Xavyer Asensi EFE-yə açıqlamasında bildirib.
O, Messinin gəlişindən sonra klubun büdcəsinin 60 milyondan 125-130 milyon dollara qədər yüksəldiyini söyləyib: “Leo sizi növbəti səviyyəyə aparır. Mövqeyimizdən çox razıyıq. Komandamız və görülən işlərlə fəxr edirik. Messinin gəlişi ilə klubun büdcəsi 60 milyon dollardan 125-130 milyon dollara yüksəlib. Bu il isə dövriyyəmizin 200 milyon və ya daha çox olacağını gözləyirəm. Bu, böyük məbləğdir”.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”nin formasını geyinir.