Aprelin 5-dən 7-dək Antalyada keçirilən cüdo üzrə Qran-Pri yarışı başa çatıb. Beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha iki medal qazanıblar. Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (+78 kq) Monqolustan, İsrail, Rusiya və Braziliya cüdoçularını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuzun mükafatlandırma mərasimində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak edib. Kişi cüdoçular arasında mübarizə aparan Elmar Qasımov (100 kq) yalnız bir görüşdə uduzaraq bürünc medala layiq görülüb. Elmar üçüncü yer uğrunda qarşılaşmada Misir idmançısı Ramazan Dərvişə qalib gəlib. Beləliklə, Azərbaycan cüdoçuları Türkiyədə baş tutan nüfuzlu yarışı dörd medalla (1 qızıl, 1 gümüş və 2 bürünc) başa vurublar. Xatırladaq ki, əvvəlki yarış günlərində Rüstəm Orucov (73 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.
04-05-2024
İtaliya klubu portuqaliyalı mütəxəssisin xidmətində maraqlıdır
Messinin gəlişindən sonra “İnter Mayami”nin büdcəsi artıb
Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun püşkatma mərasimi keçirilib
Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03-05-2024
Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
"Mançester Siti"nin oyunçusu ilin ən yaxşı futbolçusu seçilib
Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
“Prezident Kuboku 2024” reqatası: Azərbaycan səkkizinci medalı qazanıb
AFFA İntizam Komitəsi II Liqa klublarını cərimələyib
Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
AFFA Premyer Liqanın 3 oyunu ilə bağlı cəzaları açıqlayıb
“Turan Tovuz”un futbolçusu 4 oyunluq cəzalandırılıb
Həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
"Mançester Yunayted"in hücumçusu "Yuventus" klubuna keçə bilər
Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb
Azərbaycanın yeniyetmə şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
Voleybolçular arasında Azərbaycan birinciliyinin final oyunlarının vaxtı müəyyənləşib
İngiltərə Premyer Liqasının oyunlarında VAR sisteminə yenilik əlavə olunacaq
Messi MLS-də aprelin ən yaxşı futbolçusu seçilib
"Sərhədçi" və "Xəzri" yarımfinal yolunda üz-üzə gələcəklər
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
UEFA Avropa Liqası və Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib
Basketbol Liqası: İlk yarımfinalçı bəlli olub