Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük dəbilqə" beynəlxalq turnirində ikinci günün yarışlarına yekun vurulub. Günün yekun nəticələrinə görə, Azərbaycan cüdoçuları 1 qızıl, 2 bürünc medal qazanıblar. OLİMPSPORT xəbər verir ki, qızıl medalı ölkəmizin aktivinə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov yazdırıb. Bürünc medalları isə eyni çəkidə Rüstəm Orucovla Telman Vəliyev qazanıb. Digər cüdoçularımız isə mübarizəni erkən dayandırıblar. Kişilər arasında Azərbaycan idmançısı Hidayət Heydərovla yanaşı, israilli Saqi Muki (81 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınların yarışında isə Yaponiya təmsilçiləri Miku Taşiro (63 kq) və Çizuru Arai (70 kq) eyni uğura imza atıblar. Qeyd edək ki, yarışların birinci günündə Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə (66 kq) gümüş medal qazanıb. Ümumi nəticəyə görə Azərbaycan komandası 1 qızıl, 1 gümüş, 2 bürünc medalla üçüncü pillədə qərarlaşıb. Yaponiya komandası 2 qızıl, 2 gümüş medalla birinci, Braziliya millisi 2 qızıl, 1 bürünc medalla ikinci yerdədir. Mayın 12-də yekun vurulacaq nüfuzlu yarışda 57 ölkədən 449 cüdoçu gücünü sınayır. Azərbaycan bu turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunur.
04-05-2024
"Mançester Yunayted"in futbolçusu İngiltərəyə qayıtmaq istəmir
Naço Fernandes Madrid klubundan ayrılacağını qətiləşdirib
Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
İtaliya klubu portuqaliyalı mütəxəssisin xidmətində maraqlıdır
Messinin gəlişindən sonra “İnter Mayami”nin büdcəsi artıb
Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun püşkatma mərasimi keçirilib
Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03-05-2024
Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
"Mançester Siti"nin oyunçusu ilin ən yaxşı futbolçusu seçilib
Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
“Prezident Kuboku 2024” reqatası: Azərbaycan səkkizinci medalı qazanıb
AFFA İntizam Komitəsi II Liqa klublarını cərimələyib
Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
AFFA Premyer Liqanın 3 oyunu ilə bağlı cəzaları açıqlayıb
“Turan Tovuz”un futbolçusu 4 oyunluq cəzalandırılıb
Həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
"Mançester Yunayted"in hücumçusu "Yuventus" klubuna keçə bilər
Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb
Azərbaycanın yeniyetmə şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
Voleybolçular arasında Azərbaycan birinciliyinin final oyunlarının vaxtı müəyyənləşib
İngiltərə Premyer Liqasının oyunlarında VAR sisteminə yenilik əlavə olunacaq