Azərbaycan gimnastları Qazaxıstanda bürünc medal qazanıblar

Qazaxıstanın Pavlodar şəhərində akrobatika gimnastikası üzrə beynəlxalq turnir keçirilib.

"Olimpsport" Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri Sabir Ağayev, Murad Rəfiyev, Riad Səfərov, Rəsul Seyidlidən ibarət kişi qrupumuz təmsil edib.

“Bayantau” İdman Kompleksində keçirilən yarışda gimnastlarımız bürünc medala layiq görülüblər.