"Atalanta" baş məşqçisi ilə müqavilə müddətini uzatmaq istəyir

İtaliyanın "Atalanta" klubu baş məşqçisi Can Pyero Qasperini ilə müqavilə müddətini 2026-cı ilin yayına qədər uzatmaq istəyir.

"Olimpsport" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, tərəflər cari mövsümün sonunda yeni anlaşmanı müzakirə edəcəklər.

Müqavilə müddətinin uzadılması “Atalanta”nın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmayacağından asılı olmayacaq.

Qeyd edək ki, 66 yaşlı mütəxəssis 2016-cı ilin yayından A Seriyası təmsilçisinə rəhbərlik edir. Onunla hazırkı müqavilənin müddəti bu yay başa çatacaq. “Atalanta” 57 xalla turnir cədvəlində 6-cı pillədə yer alıb.