Azərbaycan gimnastları İtaliyadakı turnirə yollanıblar

Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri iyulun 7-də İtaliyada start götürəcək “Turin Acro Cup” turnirində mübarizə aparacaqlar.

"Olimpsport" "Report"a istinadən xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Zeyniyeva, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu 9-cu dəfə təşkil olunacaq beynəlxalq yarış üçün Turin şəhərinə yola düşüb.

Qeyd edək ki, turnir iyulun 9-dək davam edəcək.