Azərbaycan millisi Bakıda keçirilən seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

"Olimpsport" xəbər verir ki, komanda Moldova yığması ilə üz-üzə gəlib. “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunan matç rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan yığmasından qolları 7-ci dəqiqədə Elçin Qasımov və 33-cü dəqiqədə Tural Qürbətov vurublar.

A qrupunun digər görüşündə İtaliya Estoniyanı məğlub edib - 3:1.