Azərbaycan millisi Bakıda keçirilən seçmə mərhələdə ikinci məğlubiyyətini alıb

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

"Olimpsport" xəbər verir ki, yığma Estoniya kollektivi ilə üz-üzə gəlib. "Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilən qarşılaşma rəqibin 7:4 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunun digər matçında İtaliya yığması Moldovanı məğlub edib - 3:1.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.