Batut gimnastikası üzrə Azərbaycan millisi beynəlxalq turnirində gümüş medal qazanıb

Batut gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Santarem şəhərində keçirilən “Scalabis Cup” beynəlxalq turnirində gümüş medal qazanıb.

"Olimpsport" Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Hüseyn Abbasovdan ibarət kollektiv komanda hesabında ikinci yeri tutub.

Yığmanın digər üzvləri Hüseyn Abbasov, İbrahim Mustafazadə və Fərhad Mustafayev isə finala vəsiqə qazanıblar.