Boksçularımız beynəlxalq turnirdə 7 medal qazanıb

Gürcüstanın Qori şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.

"Olimpsport" Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin 8 idmançısından 7-si yarışı medalla başa vurub.

Komandamızın heyətində Ramal Yolçuyev (48 kq) və Nadir Məlikov (60 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Ayxan Əliyev (67 kq) və İlfan Xəlilli (80 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, yığma iyulun 10-da Bakıya qayıdacaq.