İdmançımız Veteranların Avropa Oyunlarında ikinci yeri tutub

Finlandiyanın Tampere şəhərində keçirilən Veteranların Avropa Oyunlarında daha bir təmsilçimiz medalçılar sırasında yer alıb.

"Olimpsport" xəbər verir ki, Tamilla Bünyadova 65 yaş kateqoriyası üzrə nizə atma yarışında mübarizə aparıb. O, 20.28 metr nəticə ilə 2-ci yeri tutub.