Paris 2024 Yay Paralimpiya Oyunlarına ilk lisenziya qazanılıb

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Oloxan Musayev Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında nüvə itələmə növündə 11.74 m nəticə göstərərək 4-cü yerə çıxıb.

"Olimpsport" xəbər verir ki, Oloxan Musayev bu nəticə ilə Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

Qeyd edək ki, dünya çempionatında ilk 4 yerə sahib çıxan atletlər XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanırlar.