İkiqat NBA çempionu Rayon Rondo silah gəzdirdiyi üçün saxlanılıb

Milli Basketbol Assosiasiyasında (NBA) “Boston Seltiks” və “Los-Anceles Leykers” kimi tanınmış klubların formalarını geyinmiş Rayon Rondo istintaqa cəlb olunub.

"Olimpsport" xarici mediaya istinadən xəbər verir ki, 37 yaşlı amerikalı oyunçu İndiana ştatının Cekson qraflığında yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb.

Polis tərəfindən avtomobilə baxış zamanı basketbolçunun üzərindən qanunsuz tapança və narkotik vasitələr aşkar edilib.

Qeyd edək ki, Milli Basketbol Assosiasiyasında 16 mövsüm çıxış etmiş Rayon Rondo dörd dəfə “All Star” və iki dəfə NBA çempionu olub.