Almaniya kişi futbolunda ilk qadın baş məşqçi debüt edib

Almaniya kişi futbolunun ilk qadın baş məşqçisi Sabrina Vittmannın debüt oyunu olub.

"Olimpsport" xəbər verir ki, bu barədə dpa bildirib.

Üçüncü liqada çıxış edən “İnqolştadt”da Mixael Köllneri əvəzləyərək müvəqqəti baş məşqçi təyin olunan Vittmannın debütü evdə “Valdhof”la oyuna təsadüf edib. Onun sınağı 1:1 hesabı ilə başa çatıb: komandası hesabı 90+5-ci dəqiqədə bərabərləşdirib.

Qeyd edək ki, Almaniyanın üçüncü liqası peşəkar çempionat sayılır.