"Atletiko" Qrizmannla müqavilənin müddətini uzatmaq istəyir
"Atletiko" Qrizmannla müqavilənin müddətini uzatmaq istəyir
İspaniyanın "Atletiko" klubu futbolçusu Antuan Qrizmannla müqavilənin müddətini uzatmaq istəyir.
"Olimpsport" AS nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında ilk təmaslar ötən həftə baş tutub.
Madrid təmsilçisinin fransalı hücumçu ilə münasibətləri əladır və razılığa gəlmək çətin olmayacaq.
Qrizmannın hazırkı sözləşməsinin müddəti 2026-cı ildə başa çatmalıdır. Yeni müqavilədə forvardın maaşının da artacağı gözlənilir.
Qeyd edək ki, 2021-ci ildə "Atletiko"ya qayıdan oyunçu 2014-2019-cu illərdə də bu komandanın uğurları üçün çalışıb.