Avropa çempionatında 7 medal qazanan sərbəst güləşçilərimiz Vətənə qayıdıblar

Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında 1 gümüş və 6 bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar.

"Olimpsport" xəbər verir ki, 122 xalla komanda hesabında 3-cü yeri tutan sərbəst güləş üzrə millimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.