Stiv Kerr NBA tarixində ən çox maaş alan mütəxəssis olacaq

ABŞ-nin "Qolden Steyt" komandasının baş məşqçisi Stiv Kerr Milli Basketbol Assosiasiyası (NBA) tarixində ən çox maaş alan mütəxəssis olacaq.

"Olimpsport" ESPN-ə istinadən xəbər verir ki, klub rəhbərliyi onun müqaviləsinin müddətinin daha iki il uzadılması barədə razılığa gəlib.

58 yaşlı baş məşqçinin bu müddət ərzində qazancı 35 milyon ABŞ dollarına çatacaq. Kerr illik 17,5 milyon dollar əldə edəcək.

Qeyd edək ki, Stiv Kerr 2014-cü ildən Qolden Steyt"də işləyir.