"Əsl Qurban Mənəm" -Saxlanılan Şəxs

Türkiyə Superliqasının 30-cu turunda keçirilən “Trabzonspor” – “Fənərbaxça” matçı qalmaqalla yadda qalıb.

“Olimpsport” xəbər verir ki, qarşılaşmadan sonra yerli azarkeşlər meydana axın edərək rəqib futbolçulara hücum çəkib. 

"Trabzonspor" - "Fənərbaxça" matçından sonra baş verənlərlə bağlı saxlanılan H.Ç.: "Almaniyada yaşayıram. Matç üçün Trabzona gəldim. Rəqib komandanın təxribat xarakterli hərəkətləri səbəbi ilə bir anlıq özümü saxlaya bilməyib meydançaya girdim. Məqsədim oyunçulara "soyunma otağına gedin" demək idi. Sonra onların mənə tərəf qaçdıqlarını görüncə özümü müdafiə etmək istədim. Ancaq mən kiməsə vurmadım. Məni qarşı tərəfdən vurdular və yerə yıxıldım. Yerdə olarkən də təpiklə vurdular. Meydançaya girdiyimə peşman oldum. Sonradan əsl qurban mən oldum".