Fransa millisinin idmançısı ölkə prezidenti qarşısında çıxış edərkən yıxılıb
Suya tullanma üzrə Fransa millisinin üzvü Aleksis Jandard ölkə prezidenti Emmanuel Makronun qarşısında çıxış edərkən yıxılıb.
"Olimpsport" xəbər verir ki, hadisə Sen-Denidə yerləşən Olimpiya Su İdmanı Mərkəzinin açılışı zamanı baş verib.
Komanda şəklində planlaşdırılan hərəkəti icra edərkən idmançının ayağı sürüşüb və suya tullanma taxtasından hovuza yıxılıb.
O, daha sonra açıqlamasında həmin an ayağında zəiflik hiss etdiyini bildirib: “Müsbət hal odur ki, insanlar idmanımız haqqında daha çox danışacaqlar”.