"Sabah" Azərbaycan çempionatlarında səfərdə 100-cü qolu buraxıb

“Sabah” Azərbaycan çempionatlarında səfərdə 100-cü qolu buraxıb.

"Olimpsport" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXIX turunun “Turan Tovuz”la görüşünə təsadüf edib.

Bakı klubu 0:2 hesabı ilə uduzduğu oyuna qədər rəqib meydanlarında 99 top buraxmışdı. Hesabı açan Aleks Souza paytaxt təmsilçisinin qapısından 100-cü topu keçirib.

“Sabah” 85-ci səfər matçında bu qolu buraxıb.