"Turan Tovuz" Premyer Liqada 20-ci qələbəsini qazanıb

Azərbaycan Premyer Liqasının XXIX turunun “Sabah”la oyunundakı qələbə “Turan Tovuz” üçün əlamətdar olub.

"Olimpsport" xəbər verir ki, rəqibini 2:0 hesabı ilə üstələyən qərblilər 20-ci qələbəsini qazanıb.

Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi bu yubileyi 65-ci oyununda rəsmiləşdirib. Tovuzlular 11 dəfə evdə, 9 dəfə səfərdə 3 xal qazanıblar. Bölgə təmsilçisi Azərbaycan çempionatları tarixinə ən azı 20 qələbə qazanan 39-cu komanda kimi düşüb.

Qeyd edək ki, “Turan Tovuz”un Premyer Liqadakı ilk qələbəsi 2022-ci il avqustun 13-nə təsadüf edib. Qərblilər səfərdə “Səbail”i 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.