Hacı Əliyev sosial şəbəkə hesabında qələbə sevincini bölüşüb

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev sosial şəbəkə hesabında qələbə sevincini bölüşüb.

"Budur illərin zəhməti,əziyyəti və qələbə. Doğma azarkeşlər önündə bir daha möhtəşəm qələbə qazanaraq artıq 3-cü dəfədir ki, Olimpiya oyunlarına vəsiqə qazanıram. Bu tarixi bir qələbədir və 3-cü Olimpiya medalına doğru addımlayıram. Yarışlarda mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Heç zaman əziyyət yerdə qalmır, düzgün çalışmaq və hədəflərə doğru irəliləmək lazımdır. Mənə bu çətin yolda dəstək, kömək olan insanlar çoxdur. İlk növbədə Cənab Prezidentimiz İlham Əliyevə hər zaman mənə və idmançılara göstərdiyi diqqət üçün təşəkkür edirəm. Eyni zamanda Güləş Federasiyasının Prezidenti Mikayıl Cabbarova və Federasiyanın bütün işçi, məşqçi, idmançı və həkim kollektivinə təşəkkürümü bildirirəm. Ve DSX-nin rəyisi general polkovnik Elçin Quliyevə və Socar prezidenti Rövşən Nəcəfə də təşəkkür edirəm. Bu qələbə hər birimizin, xalqımızın qələbəsidir. Bu uzun illərdə yanımda olan ailəmə, atama, anama, şəxsi məşqçilərimə və illərdir məni tək qoymayan, hər gün yanımda olan qardaşım Yaşar Əliyevə ürəkdən təşəkkür edirəm. Yolumuz Paris 2024 Yay Olimpiya Oyunları İnşAllah. Rəbbim bizlərə hər zaman qələbə nəsib etsin. Bu sevinci bizlərə yaşadan Allaha həmd olsun, şükürlər olsun."

Qeyd edək ki, Hacı Əliyev Avropa Olimpiya Təsnifat turnirində ardıcıl üçüncü dəfə lisenziya əldə edib.