Azərbaycan millisi bu gün İsveçrəni qəbul edəcək

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Olimpsport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edəcək.

Qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib.