Azərbaycanın 3 bədii gimnastı Qırğızistanda keçiriləcək turnirdə iştirak edəcək

Azərbaycanın 3 bədii gimnastı Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

"Olimpsport" xəbər verir ki, aprelin 12-14-də baş tutacaq yarışın mükafatları uğrunda Zəhra Cəfərova, Mədinə Abbaslı və Şəms Müvəffəqi münarizə aparacaq.

Gimnastalar Bişkekə məşqçi Valentina Ukleinanın rəhbərliyi altında yollanıblar. Yarışda Azərbaycanı həmçinin hakim qismində Dilbər İbrahimova təmsil edəcək.