Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb

Güllə atıcılığı üzrə Azərbaycan milli komandasının üzvü Nigar Nəsirova Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb.

"Olimpsport" xəbər verir ki, təmsilçimiz qadınlar arasında 10 m məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xalla uğurlu nəticə əldə edib.

Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib olarsa, Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.