Kriştianu Ronaldu 2 oyunluq cəzalandırılacaq
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun kapitanı Kriştianu Ronaldu 2 oyunluq cəzalandırılacaq.
"Olimpsport" “Asharq Al-Aswat”a istinadən xəbər verir ki, buna portuqaliyalı ulduz futbolçunun ölkə kubokunun yarımfinalında qarşılaşdıqları “Əl-Hilal” ilə matçın 86-cı dəqiqəsində rəqibi dirsəklə vurması səbəb olub.
Qeyd edək ki, 39 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 37 oyunda 36 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.